İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada koronavirusa yoluxanların sayı 270 mini ötüb, 2537 nəfər ölüb

437 16.05.2020 16:06 Dünya A A

Rusiyada son sutka ərzində daha 9200 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 272 043 nəfərə çatıb.

Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2537 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 63 166 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR