İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada iki azərbaycanlı iş adamı ölüb

3306 10.06.2015 12:02 Kriminal A A
Rusiyanın Amur vilayətində iki azərbaycanlı iş adamı ölüb.

Amur vilayəti Azərbaycanlıları Konqresinin sədri Məhəmməd Əsgərov APA-ya açıqlamasında bildirib ki, ötən həftə əslən Azərbaycanın Bərdə və Balakən rayonlarından olan Hacı Balayev və Ələddin Qoraçayev dünyasını dəyişib.

Onun sözlərinə görə, H. Balayevin meyiti idarə etdiyi avtomobilin qəzaya uğradığı yerdə aşkar olunub. Ə. Qoraçayevin meyiti isə yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlayıb, azərbaycanlıların meyitləri isə vətənə göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR