İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ictimai fəal Konstitusiyanı ucadan oxuduğu üçün saxlanıldı

595 14.12.2018 14:41 Dünya A A

Rusiyanın Tver şəhərində ictimai fəal İlya Yakuşev şəhər administrasiyasının qarşısında tək adamlıq piket keçirib və Rusiya Konstitusiyasını ucadan oxumağa başlayıb.

Virtualaz.org “BadNews” telegram-kanalına istinadən xəbər verir ki, bu vaxt iki polis işçisi ona yaxınlaşaraq, şöbəyə getməyin lazım olduğunu bildiriblər.

Hadisə ilə bağlı Yakuşev deyir: “Mənə polis əməkdaşı və “E mərkəzi”nin işçisi yaxınlaşdı, burada nə etdiyimi soruşdular. Cavab verdim ki, Konstitusiyanı oxuyuram ki, administrasiyanın əməkdaşlarının və yoldan keçənlərin orada yazılanlardan xəbəri olsun”.

Şöbəyə doğru yolda polis maşınında İlya ilə söhbət aparılıb. “Məni şöbəyə gətirdilər və izahat yazmağımı istədilər. Mən də Konstitusiyanın 51-ci maddəsini (“heç kim özünə, həyat yoldaşına və yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilə bilməz” – virtualaz.org) olduğu kimi yazıb əlavə heç nə qeyd etmədim. Bundan sonra polis əməkdaşı bir az mənimlə söhbət etdi və sərbəst buraxıldım”, - Yakuşev deyib.

Qeyd edək ki, dekabrın 12-də Rusiyada Konstitusiyanın qəbul olunmasının 25 ili qeyd edilib. “Levada-Sentr”in keçirdiyi rəy sorğusunun nəticələrinə görə məlum olub ki, vətəndaşların 42%-nin ölkənin Əsas qanunundan ümumiyyətlə xəbəri yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR