İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi komissarlıq YANDIRILDI, Krıma növbəti PUA hücumu – hərbi ekspert CANLIda

1181 20.07.2023 11:18 Gündəm A A

Krımın şimal-qərbinə PUA ilə hücum edilib. Bu barədə Krımın rəhbəri Sergey Aksyonov məlumat yayıb. O bildirib ki, düşmən (Ukrayna – red.) PUA-sının zərbəsi nəticəsində Krımın şimal-qərbində yerləşən yaşayış məntəqələrinin birində 4 adminitrativ bina zədələnib, bir yeniyetmə qız isə ölüb.
Hadisə yerində fövqəladə xidmətin əməkdaşları çalışır.

Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində naməlum şəxs hərbi komissarlığın binasını yandırıb. Yerli polis bölməsi məlumatı təsdiqləyib.
Hadisə zamanı hərbi komissarlığın binasında gözətçi olub. Yanğın nəticəsində xəsarət alan olmasa da, binanın çıxış qapısı yanıb. Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, 2022-ci ilin sentyabrında vilayətin Kirov və Lenin rayonlarındakı hərbi komissarlığın binalarının yandırılmasına cəhd edilib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir. Verilişin ikinci hissəsində isə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qonağımız olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR