İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbçilərə partlayıcı bağlamalar göndərildi - FTX-dən ƏMƏLİYYAT

405 13.03.2025 14:26 Dünya A A

Rusiyanın 8 regionunda hərbi qulluqçuların ünvanlarına partlayıcı qurğular yerləşdirilmiş ətir dəstlərinin poçt vasitəsilə göndərilməsi yolu ilə planlaşdırılan terror aktlarının qarşısı alınıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata istinadən bildirib.

FTX-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları Rusiya Müdafiə Nazirliyinin müharibədə iştirak edən hərbi qulluqçularına və döyüş bölgəsinə yardım edən dövlət qulluqçularına qarşı bir sıra diversiya-terror aktları planlaşdırıb.

Çelyabinsk hava limanında aparılan yoxlamalar zamanı poçt bağlamalarında hədiyyə ətir dəstləri şəklində kamuflyaj edilmiş 5 partlayıcı qurğu aşkarlanıb. FTX mütəxəssisləri qurğuları zərərsizləşdirib. Ekspertlərin rəyinə əsasən, bu qurğular tam işlək vəziyyətdə olub və bağlamalar açıldıqda partlayış baş verməli imiş.

Hadisə ilə bağlı Sverdlovsk vilayətinin Pervouralsk şəhərində Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rusiya vətəndaşı saxlanılıb.

İstintaqın məlumatına görə, 2003-cü il təvəllüdlü bu şəxs Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə Çelyabinskdə gizli saxlanılan bağlamaları götürərək, Moskva, Voronej, Krasnodar və Saratov vilayətlərindəki hərbi qulluqçulara və dövlət rəsmilərinə göndərib.

Bundan əlavə, Çelyabinskdə gizli saxlanma yerlərində aparılan axtarışlar zamanı daha 4 partlayıcı qurğu aşkarlanıb. Bu qurğuların Tver, Rostov, Nijni Novqorod və Kaluga vilayətlərindəki hərbi qulluqçulara göndərilməsi planlaşdırılıb.

FTX həmçinin müəyyən edib ki, saxlanılan şəxs 2024-cü ildə Saratov vilayətinin Engels şəhərində yaşayan Rusiya hərbi qulluqçuları, həmçinin Yekaterinburqdakı müdafiə-sənaye kompleksində çalışan şəxslərlə bağlı müşahidə və məlumat toplamaqla məşğul olub.

Qeyd olunan faktlarla bağlı cinayət işi açılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR