Rusiyada terror təşkilatı FETÖ-yə qarşı əməliyyat həyata keçirilib.
Avropa.info xəbər verir ki, ötən gün Moskvada 12 ünvanda keçirilən əməliyyatlar zamanı bəzi FETÖ -çülər saxlanılıb.
Rusiya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada, FETÖ -nin xaricdən idarə olunan bir terror təşkilatı olduğu bildirilib. Açıqlamada, FETÖ üzvlərinin xüsusilə tələbələr arasında "beynəlxalq ekstremist məqsədlər" çərçivəsində təşkilatçılıq işləri həyata keçirdikləri bildirilib.
Rusiya mediası terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyədə dövlət çevrilişində ittiham edildiyini xatırladaraq, 2008 -ci ildən Rusiyada ekstermist bir təşkilat olaraq tanındığını yazıb.
"Məlumatlara görə, FETÖ üzvləri Rusiyada 250 -dən çox hücrə görüşü keçiriblər. 2019-2020-ci illərdə Vavilov küçəsindəki mənzillərdən birində toplanan FETÖ-çülərlə bağlı artıq araşdırmalar başlanıb, cinayət işləri açılıb. Təşkilat Rusiyada çox mərhələli bir sistem yaratmağa çalışıb", - eus mediası belə yazır.
Qeyd edək ki, Rusiyada daha əvvəl FETÖ -ya qarşı əməliyyatlar həyata keçirilmiş və 15 iyul dövlət çevrilişi cəhdindən öncə .ölkədəki FETÖ məktəbləri bağlamışdı. Rusiyadakı FETÖ məktəblərini bağlayan hakim İqor Smirnitski o vaxt yerli mediaya verdiyi açıqlamada, "Sadəcə məktəblərindən birindən 50 agent vardı" demişdi.
FETÖ -nin Rusiyadakı kritik adamlarından olan Kərim Has, əməliyyatdan bir gün əvvəl çıxış etdiyi bir Youtube yayımında "Rusiyanın Gülənlə problemi yoxdur, Moskvada çevriliş cəhdinin Fətullah Gülən tərəfindən edildiyini düşünmürlər, Rusiya onlar Gülənçiləri qoruyur", deməklə terror təşkilatı üzvlərinə səslənmişdi. Əməliyyatın Kərim Hasın bu çıxışından bir gün sonra həyata keçirilməsi diqqət çəkib.
Avropa.info






