İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Ermənistanı dost ölkə sayanların sayı 17%-i keçməyib

482 17.09.2020 16:22 Dünya A A

Rusiyanın “Levada-Sentr” sorğu mərkəzi rusiyalıların xarici ölkələrə münasibətinin öyrənilməsi ilə bağlı araşdırma aparıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, burada respondentlərdən hansı ölkələrin
Rusiyaya dost və düşmən hesab etdikləri soruşulub. Bu ilin 20-26 avqust tarixləri arasında keçirilən həmin sorğu 50 bölgədə, 137 yaşayış məntəqəsində aparılıb. Bunun üçün 1600-dən çox vətəndaşın rəyi alınıb.

Rusiyalılar dost ölkələr arasında ilk üç sırada Belarusu (58%), Çini (40%) və Qazaxıstanı (35%) göstəriblər. Ermənistan 17%-lə 4-cü, Azərbaycan isə 15%-lə 5-ci yerdə gəlib. Adı çəkilən ölkələrdən sonra Hindistan (13%), Suriya (12%) və Venesuela (11%), Almaniya (10%) növbəti sıraları tutublar.
Sorğuya görə rusların ölkələrinə düşmən saydıqları ölkələr ABŞ (60%), Ukrayna (35%), Böyük Britaniya (29%), Latviya, Litva və Polşa (26%), Gürcüstan (16%), Almaniya (15%) və Estoniya (11%) olub.

Ölkə vətəndaşları Rusiyaya qarşı düşmənçilik hissi bəsləməyən ölkələr olaraq Azərbaycanı, Avstraliyanı, Bolqarıstanı, Hollandiyanı, Pakistanı, Belarusu, Vyetnamı, Macarıstanı hesab ediblər.
Qeyd edək ki, 2019-cu ildə keçirilən analoji sorğuda Ermənistanı dost və müttəfiq sayanların sayı 22% olmuşdu.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR