İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “çubuş” istehsalı dayandırılır: Şirkətlər etiraz edirlər

4340 23.04.2020 17:19 Dünya A A

Rusiyanın araq istehsalçıları aztutumlu qablarda araq istehsalının dayandırılmasına etiraz edirlər.

“Kommersant” qəzetinin yazdığına görə, “Başspirt” şirkəti Rusiya Texniki Tənzimləmə və Metrologiya Federal Agentliyinə(Rosstandart) müraciət edərək iyulun 1-dən yeni QOST standartının tətbiq olunmamasını xahiş edib.

Şirkət bildirir ki, 250 qramlıq butulkalarda alkoqol (“çubuş”) onun ümumi istehsalının yarısına qədərini təşkil edir. Kiçiktutumlu qablaşdırma qadağan olunsa, bütün avdanlıqların yenilənməsi lazım gələcək ki, bu da çox bahalı prosedurdur. “Xanskaya”, “Russkaya valyuta” araqlarının istehsalçısı olan “Tatspirtprom” və digər şirkətlər də “çubuş”dan imtinanı iqtisadi baxımdan qeyri-səmərəli addım hesab edirlər.

Qeyd edək ki, Rosstandartın hazırladığı yeni standarta əsasən iyulun 1-dən Rusiyada 0,5litrdən aşağı tutumlu qablara sərt alkoqolun qablaşdırılması qadağan ediləcək. Bir çox araq istehsalçılarının buraxdıqları məhsulun yarısına qədəri məhz belə qablarda qablaşdırılır.

Yeni standarta uyğunlaşmaq üçün onlar bütün istehsal xəttini dəyişməlidilər. Digər tərəfdən, “çubuş” satışı 0,5, 0,7, 1 və 1,5 litrlik qablara nisbətən daha yüksəkdir: qiymətin aşağı olması onları daha əlçatan edir.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR