İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada bəndinin uçması nəticəsində ölənlərin ailələrinə 1 milyon rubl ödəniləcək

401 21.10.2019 04:32 Dünya A A

Rusiyanın Krasnoyarsk diyarında su anbarının bəndinin uçması nəticəsində qızıl mədən artelinin ölən işçilərinin ailələrinə bir milyon rubl vəsait ödəniləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Əmək Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərə verilən sığorta müavinətlərinin miqdarı fərdi olaraq müəyyənləşdiriləcək.

Qeud edək ki, oktyabrın 18-də Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində qızıl mədənində çalışan 15 nəfər işçi həlak olmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR