İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlının restoranında kütləvi zəhərlənmə: 20 nəfər lüləkabab yeyib xəstəxanalıq oldu

1443 21.06.2018 11:10 Son xəbər A A

Rusiyanın Ulan-Ude şəhərində kütləvi zəhərlənmə hadisəsi olub. Musavat.com-un yerli telekanala istinadən məlumatına görə, hadisə şəhərdəki “Oskar” restoranında baş verib. Beşi uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib. 

Telekanalın məlumatına görə, zəhərlənməyə restoranın azərbaycanlı aşpazının hazırladığı lüləkabab və “Sezar” salatı səbəb olub. Çünki zəhərlənənlərin hamısı həmin kababdan və salatdan yeyiblərmiş.

Rospotrebnadzor artıq həmin restoranı bağlayıb. Məlum olub ki, restoranın sahibi də azərbaycanlıdır və onun Ulan-Udedə daha iki kafesi var.

Hazırda həmin kafedə də yoxlama aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR