İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “auldan gələn” miqrantların demoqrafiyaya təsiri etiraf olunur

976 24.01.2024 15:26 Dünya A A

Rusiyada miqrantların hesabına çoxuşaqlı ailələr daha çoxdur.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin “Moskva danışır” radiostansiyasının jurnalistləri ilə söhbətində əcnəbilərin bu demoqrafik göstəriciyə təsirindən danışıb.

Deputatın sözlərinə görə, ölkə “bütün aullar”dan gələn “milyonlarla miqrantın” evidir. “Mövcud məlumata görə, Tacikistanın üçdə biri bizim ərazimizdə yaşayır”, - deyə deputat izah edib.

Delyagin bildirib ki, Rusiyaya gələn miqrantlar öz vətənlərində kənd təsərrüfatı rayonlarında yaşayırlar və buna görə də çoxlu uşaq dünyaya gətirirlər.

Qeyd edək ki, yanvarın 23-də Rusiya prezidenti Vladimir Putin çoxuşaqlı ailələri Rusiyanın dayağı adlandırıb. “Qohumlar - əzizlər” ailə forumunda dövlət başçısı bildirib ki, belə ailələrdə uşaqlar böyüyə hörmət, kiçiklərə qayğı, zəhmətkeşlik kimi ənənəvi dəyərlərə uyğun tərbiyə olunur.

Onu da bildirək ki, son vaxtlar bu kimi faktorları nəzərə almayan “ağ ruslar” Qafqaz və Orta Asiya respublikalarından gələn əmək mühacirlərini xor gördüklərini gizlətmir və onların öz aullarına, kəndlərinə qayıtmalı olduqlarrını deyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR