İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 6 əsgər silahını götürüb hərbi hissədən qaçdı: İkisi əkiz qardaşlardır

820 14.11.2023 22:59 Dünya A A

Rusiyanın Bryansk vilayətindəki hərbi hissənin 6 əsgəri avtomat silahlarını da götürərək hissədən qaçıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Tıva Respublikasından olan altı yerli əsgərin axtarışına Daxili İşlər Nazirliyinin regional qərargahının əməkdaşları cəlb olunub.

Hərbçilər iki saatdan sonra tapılıb. Məlum olub ki, xidmət yerini tərk edən hərbçilər arasında 2003-cü il təvəllüdlü əkiz qardaşlar da var. Onlar dörd əsgər yoldaşı ilə birlikdə Ukrayna ilə sərhəddən beş kilometr aralıda Suzemski rayonundakı mövqelərini icazəsiz tərk ediblər. Bütün əsgərlər Kalaşnikov avtomatı ilə silahlanmış olublar.

Hazırda Rusiya Hərbi Prokurorluğu hərbçilərin hissədən qaçmasının səbəblərini araşdırır.

Qeyd edək ki, son vaxtlar Ukrayna ilə sərhəddə yerləşən Bryans vilayətindəki hərbi hissələrdən qaçış halları intensivləşib. İki həftə əvvəl hərbi hissələrdən birinin kiçik zabiti də silahını götürərək hissəni tərk etmiş, 2 gündən sonra evində tapılmışdı. O, Ukraynaya hücum başlanandan səfərvərliyə alındığını, bütün müraciətlərinə baxmayaraq qanuni məzuniyyət hüququndan istifadə etməsinə şərait yaradılmadığını bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR