Rusiyanın Arxangelsk vilayətində 3 nəfəri öldürdükdən sonra doğrayıb yeyən qatilə ən şiddətli cəza verilib.
Musavat.com “RG” (“Rossiyskaya qazeta”) internet portalına istinadən xəbər verir ki, həmin kişilər uzun müddət heç axtarılmayıb, ikisinin ümumiyyətlə valideynləri olmayıb, biri isə uzun müddət itkin düşmüş sayılıb.
Vilayətin İstintaq komitəsindən verilən məlumatda məhkəmə andlıları onun günahkar olduğuna qərar verib.
Qatilin 51 yaşı var və əvvəllər dəfələrlə məhkum olunub. Bunların içində 2 qətl hadisəsi də var.
Onun qurbanlarının hamısı Arxangelsk sakinləri olub. Bütün cinayətlər İsakoqorsk dairəsində (ərazi vahidi-red.) və Mayskaya qorka dairəsində törədilib. Təqsirləndirilən şəxs onları içkiyə qonaq etdikdən sonra öldürüb. Daha sonra onları doğrayaraq ayrı-ayrı hissələrini bişirdiyi yeməyə əlavə edib. Cəsədlərin qalıqlarını Voloxnitsa çayına və Butıgino gölünə atıb. Qətl hadisələrinin 2016 və 2017-ci illərdə baş verdiyi təsbit olunub.
Qatil hətta öldürülən şəxslərdən birinin mənzilinə də yerləşib. Həmin adamın isə valideynləri sağmış. Qonşularının sualına cavab olaraq o, kirayəçi olduğunu söyləyib.
Daha sonra valideynləri öz oğullarını axtarmağa başlayıblar. Yuxarıda deyildiyi kimi, digərlərinin heç bir yaxını olmayıb. Cəsədlərin qalıqları su hövzələrində tapılıb. Qatilin əsl mayak olduğu, hətta it, pişik əti yediyi də ortaya çıxıb. Məhkəmə qətli törədən şəxsin fəaliyyət qabiliyyətli olduğuna qərar verərək, cəzasında hər hansı yüngülləşdirmə etməyib.
Musavat.com









