İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Zelenskinin kortejinə GÖRÜN hansı raketi atıb - ŞOK DETALLAR

1717 06.03.2024 23:42 Dünya A A

Rusiya Odessada Ukrayna prezidenti Vladimir Zelenskinin kortejinə raket zərbəsi endirib.

Bu barədə Yunanıstanın “Proto Thema” qəzeti Yunanıstan hökumətindəki anonim mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, hadisə bu gün Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin şəhərə səfəri zamanı baş verib.

Qəzet yazır ki, zərbə Zelenskinin korteji Yunanıstan nümayəndə heyətinin yanında olarkən vurulub. Nəşrin mənbələri Yunanıstan nümayəndə heyətindən heç kimin xəsarət almadığını bildirir.

Rəsmi hökumət mənbələri bildiriblər ki, “Baş nazir və Yunanıstan nümayəndə heyəti üçün təhlükəsizliklə bağlı heç bir narahatlıq yoxdur”. Yunanıstanın dövlət naziri Stavros Papastavrou nəşrə verdiyi şərhdə "Hamımız yaxşıyıq" deyib.

Ukrayna mətbuatının yazdığına görə, bu gün Zelenski ilə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında görüş zamanı Rusiya Odessaya zərbə endirib. İclas iştirakçılarının sığınacağa enməyə belə vaxtı olmayıb.

Mitsotakisin sözlərinə görə, hadisə zamanı onlar Odessa dəniz limanında olublar. Zelenski və əməkdaşları limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar.

Hadisədən sonra V.Zelenski raket zərbəsi nəticəsində 5 nəfərin həlak olduğunu açıqlayıb. 

Qeyd edək ki, bəzi mənbələr Rusiyanın Odessa limanına "İsgəndər" ballistik raketi ilə zərbə endirdiyini bildirir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR