İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Zaporojye AES-i PARTLADACAQ! – Plan bəlli oldu, Ukrayna ayaqda – Rizvan Hüseynovla CANLI  

615 26.07.2023 13:34 Gündəm A A

“Rusiya Zaporojye AES-dəki nüvə reaktorunun ətrafını minalayır”.

Bunu Ukraynanın Enegetika naziri Qerman Qaluşşenko Qərb mətbuatına açıqalmasında deyb.

Nazir bildirib ki, Ukrayna tərəfi işğal altındakı stansiyaya nəzarət üçün yaxın buraxılmır: “Reaktor istənilən an partlaya bilər. Biz sadəcə, bilmirik ki, bu, nə vaxt baş verəcək. Ruslar bizi stansiyanın təhlükəsizlik sisteminin monitorinqindən tamamilə təcrid ediblər. Biz hərbi kəşfiyyatımıza və MAQATE-nin ekspertlərinə inanırıq. Lakin bizim stansiya üzərində nəzarətimiz yoxdur və bu, çox təhlükəlidir”.

Nazir deyib ki, Qərb və dünya birliyi Ukraynanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Kaxovsk stansiyası ilə bağlı da addım atmadı, nəticədə stansiya partladıldı. Qaluşşenko bildirib ki, eyni ssenari Zaporojye AES-də də gözlənilir. Çünki Kaxovsk stansiyasını partlatdığına görə Rusiyaya, xüsusilə də onun atom sənayesinə qarşı heç bir cəza tədbiri görülmədi, sanksiya tətbiq edilmədi. Cəzasız qaldığını görən işçğalçı isə istənilən təxribata gedə bilər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR