İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: "Ola bilər ki, bizim heç Ukraynada diplomatik nümayəndəliyə ehtiyacımız qalmasın"

1739 30.11.2018 18:17 Dünya A A


Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyinin onlar üçün heç bir şey ifadə etmədiyini göstərən cümlələr işlədib.

“Rusiya diplomatik nümayəndəliklərinə radikal ünsürlərin hücum etməsi təqdirdə bizim ictimaiyyətin səbri daşa bilər”.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, RF XİN-in mətbuat katibinin jurnalisltər üçün həftəlik brifinqində rəsmi Kiyevin ünvanına belə bir təhdidedici cümlə səslənib.

Mariya Zaxarova bu sözləri jurnalistlərin Rusiyanın öz diplomatik nümayəndəliklərini Kiyev və Lvovdan çıxarıb işğal olunmuş Donbasa köçürmək ehtimalı barədə suallarına cavab verərkən sölyəyib.

“Xatırlatmaq istərdim ki, bziim ölkədə də Ukraynanın diplomatik nümayəndəlikləri yerləşir və burada Ukrayna diplomatları çalışırlar. Biz onları qoruyuruq, lakin bir şeyi də anlamaq lazımdır ki, bizimkilərin səbri bir gün tükənə bilər”,-deyə Zaxarova hədələrini yağdırmaqd davam edib.

Zaxarovanın son sözləri isə Rusiyanın Ukraynanı işğal niyyətini açıqca ortaya qoyub.

Belə ki, Rusiya XİN nümayəndəsi ümumiyyətlə Rusiyanın yaxın zamanlarda Ukraynadakı diplomatik nümayəndəliklərini dəyişməyə ehtiyacı qalmayacağını söyləməsi buna əsas verib.

“Bunu anlayın ki, yaxın tarixin nümunəsi göstərir ki, bir də görürsən ki, heç köçürməyə ehtiyac qalmır. Əvəzində isə diplomatik nümayəndəliklərin öz statusu dəyişir. Gəlin götürək Simferopolu (Krım).. Bizim orada baş konsulluğumuz yerləşirdi, indi isə həmin bina Xarici İşlər Nazirliyimizin yerli idarə binasına çevrildi”,-deyə Zaxarova bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR