Rusiya XİN: "Dəməşq yaxınlığında kimyəvi silahdan üsyançılar istifadə edib"
Dəməşq yaxınlığında kimyəvi silahdan hakimiyyətə qarşı vuruşan döyüşçülər istifadə edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib. XİN rəsmisinin sözlərinə görə, Dəməşqə kimyəvi başlıqlı raket onlar tərəfindən atılıb:
“Bu, martın 19-da Xan Əl-Əsalədə terrorçuların istifadə etdiyi silahla eynidir. Bütün bunlar rejim əlehdarlarının BMT Təşhlükəsizlik Şurasının (TŞ) tələblərinə qarşı çıxmaq üçün bəhanədir və avqustun 28-də keçirilməsi planlaşdırılan “Cenevrə-2” konfransının çağırılması şansını azaldır”.
A. Lukaşeviç imkanı olan hər kəsi ekstremistlərin kimyəvi silahların tətbiqinə və təxribatlara son qoymağa çağırıb: “Bir sıra KİV-lər o dəqiqə elə bil hardansa əmr almış kimi bütün məsuliyyəti hökumətin üstünə qoymaqla aqressiv informasiya hücumuna keçib. Bütün bunlar onu deməyə əsas verir ki, bu informasiyanı yayanlar növbəti dəfə qabaqcadan hazırlanmış təxribatla məşğul olur”.






