İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: “ABŞ-ın öz iradəsini dünyaya sırımasına imkan verməyəcəyik...”

2898 13.12.2014 22:00 Siyasət A A

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın əleyhinə hədələyici bəyanatla çıxış edib. Musavat.com-un gazeta-ru-ya istinadən verdiyi xəbərə görə, nazir müavini Sergey Ryabkov bildirib ki, Rusiya ABŞ-a sanksiya təzyiqləri göstərməyə və öz iradəsini dünyaya sırımağa imkan verməyəcək. 

Ryabkov ölkəsinin ABŞ Senatının “Ukraynanı müdafiə aktı”nı qəbul eləməsindən narahatlıq keçirdiyini də bildirib. Həmin akta görə, Rusiya ilə əməkdaşlıq edən şəxslər də artıq sanksiyalara məruz qalacaqlar.

“Bu, qəbuledilməz, hiddət doğuran bir qərardır və onu hazırlayanların dünyada baş verənlərin mahiyyətini dərk etmədiyinin sübutudur”, - deyə rusiyalı diplomat qeyd edib.

Nazir müavini ABŞ tərəfindən yeni sanksiyalara mütləq cavab veriləcəyini də söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR