İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xəzərdən Ukraynaya raket yağdırır, nələr olacaq? – Fuad Abbasovla “Canlı debat”

1130 31.03.2022 12:00 Gündəm A A

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Rusiya hərbçiləri Ukraynanı ən çox “Kalibr” və “X-55” raketləri ilə atəşə tutur. Atəş Qara və Xəzər dənizlərinin sularından həyata keçirilir.

O qeyd edib ki, işğalçılar Ukrayna ərazisinə zərbələr endirmək üçün təyyarələrdən istifadə edirlər. İşğalçılar zərbələr üçün “İsgəndər” tipli raketlərdən də istifadə edir, lakin Ukrayna Silahlı Qüvvələri onları vurmağı öyrənib.

İqnat etiraf edib ki, Rusiya ilə müharibə zamanı hətta təyyarə pilotları raketləri vurmağı öyrəniblər. "Bu çətindir, çünki bir anda bir neçə şərt nəzərə alınmalıdır, lakin mümkündür", - o əlavə edib.

Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü onu da əlavə edib ki, Yavorivski poliqonu əvvəllər deyildiyi kimi Qara dənizdən deyil, Xəzər dənizi ərazisindən atəşə tutulub.

Bu və gündəmdəki bir çox başqa mövzuları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da tanınmış jurnalist-ekspert Fuad Abbasov Malikoğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR