İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşlığı olan şəxslər Qarabağdan qaçırlar- Başqa cür mümkün olmadı... 

1053 21.08.2023 12:43 Siyasət A A

 

Xəbər verdiyimiz kimi, bu gün Laçın nəzarət-keçid məntəqəsindən 60-a yaxın şəxs sərbəst şəkildə keçib. Məlum olub ki, onların  əksəriyyəti Rusiya pasportu daşıyan insanlardır. Əvvəllər də deyildi kimi, Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərin Azərbaycanda yerləşməsi təsadüfi deyil.

Onlar Rusiyanın uzun illərdir Ukraynada da tətbiq etdiyi planı həyata keçirmək üçün Qarabağda yaşayırdılar-separatçılığı təbliğ etmək, suveren ərazimizdə təxribatlar törətmək, gələcəkdə  Qarabağı “russkiy mir” in bir parçasına çevirmək planlayırdılar. Lakin Azərbaycanın qəti mövqeyi hər kəs üçün keçərlidir.  Ölkəmizdə yalnız qanunlarımızı qəbul edən şəxslər qala bilərlər.

412079139_19601061649_1920x0_80.jpg (214 KB)

Millət vəkili Asim Mollazadə Musavat.com-a bildirdi ki, Dağlıq Qarabağda yerləşən hərbi cinayətkarlar  və ora göndərilən Ruben Vardanyanın əsas məqsədi Qarabağ problemlərini qabardaraq Ermənistanda dövlət çevrilişi həyata keçirməkdir. Sözügedən şəxslərin Qarabağdan qaçmasının əsas səbəbi Ermənistana gedib hakimiyyəti yenidən əldə etməkdir: “Bu məqsədlə təxribatlar həyata keçirilib. İndiyə kimi Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmayıb. Bu istiqamətdə üçtərəfli bəyannamədə xüsusi bəndlər var. Mənə elə gəlir ki, Azərbaycan Silahlı Qüvvələri ilk növbədə  onları öz ərazisindən çıxarmağa nail olmalıdır. Azərbaycanda yaşamaq istəməyən ermənilər ərazimizi tərk edə bilərlər. Vətəndaşlığı qəbul edən ermənilərin hüquqlarını təmin etməyə hazırıq. Digər milli və dini azlıqların hüquqları ermənilərə də şamil oluna bilər”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR