İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşı Ermənistanda soyuldu

457 17.11.2019 02:18 Dünya A A

Hava Limanının 3 əməkdaşı 4 min dollarlıq zinət əşyası oğurlanıb

“ARMENPRESS”in yaydığı xəbərdə deyilir ki, İrəvan Beynəlxalq Hava limanının üç əməkdaşı həbs olunub. Onlar bir sərnişinin baqajından 1,9 milyon dram dəyərində (4 min dollar) zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər.

Noyabrın 15-i axşam radələrində adı çəkilməyən Rusiya vətəndaşı Moskva-İrəvan reysi ilə Zvartnots Beynəlxalq Hava Limanına çatıb. O, baqajlarını götürdükdən sonra görüb ki, zinət əşyaları oğurlanıb. Rusiya vətəndaşı yerli polisə müraciət edib.

Bir neçə saat sonra polis oğurluğu törətməkdə şübhəli bilinən hava limanının üç işçisini saxlayıb.

Polis artıq oğurlanmış zinyət əşyalarını tapıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Elbəyi Həsənli, Sürix
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR