İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Türkiyə aviasiya və helikopter texnikası istehsalı üzrə birgə layihələr çərçivəsində əməkdaşlıq edirlər

468 29.04.2019 19:25 Dünya A A

Rusiya və Türkiyə aviasiya və helikopter texnikasının, habelə zirehli texnika üçün dəstləşdirmə məmulatları istehsalı üzrə birgə layihələr çərçivəsində əməkdaşlıq edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev məlumat verib.

O deyib: “Bizim perspektivli aviasiya və helikopter komplekslərinin, zirehli texnika üçün dəstləşdirmə məmulatlarının hazırlanması, satılmış silaha satışdan sonra dövrdə xidmət üzrə bir sıra müştərək layihələrimiz var”.

Şirkət rəhbərinin sözlərinə görə, Türkiyə Rusiyada istehsal edilən ən yeni döyüş modulları, müxtəlif məsafəli hava hücumundan müdafiə vasitələri və tank əleyhinə müdafiə kompleksləri ilə maraqlanır. A.Mixeyevin qeyd etdiyi kimi, “iki ölkənin siyasi rəhbərliyi arasında sıx və konstruktiv dialoq, “Rosoboroneksport” şirkəti ilə Türkiyənin güc idarələrinin nümayəndələri arasında işgüzar əlaqələr sayəsində” rəqiblərin hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya-Türkiyə münasibətlərinə müdaxilə etmək cəhdlərinin qarşısı alınır.

Qeyd edək ki, 2019-cu il aprelin 30-dan mayın 3-dək İstanbulda İDEF-2019 müdafiə sənayesi sərgisi keçirilir. “Rosoboroneksport” şirkəti bu sərgidə 450-dən çox silah və hərbi texnika nümunəsini təqdim edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR