İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və İran XİN başçıları ABŞ və Britaniyanın Yəmənə hücumunu pisləyiblər

527 15.01.2024 15:46 Siyasət A A

Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunu müzakirə edərək, pisləyiblər.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifah Mühafizə Əməliyyatı) əməliyyatına başlayıblar.

Daha sonra ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə aviazərbələr endirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR