İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

502 08.06.2022 17:48 Region A A

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Musavat.com “Report”a istinadən xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, onlar ikitərəfli münasibətlərin gələcək inkişafına dair məsələləri müzakirə ediblər. Tərəflər İranın nüvə proqramı ətrafında yaranan vəziyyətin danışıqlar yolu ilə həllinin vacibliyinə dair fikir mübadiləsi ediblər.

Vladimir Putin İbrahim Rəisiyə iyunun 8-də baş verən qatar qəzası ilə bağlı baş sağlığı verib.

Qeyd edək ki, həmin hadisə nəticəsində 21 nəfər ölüb, 87 nəfər yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR