İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya və Çinin liderləri demokratiyaya inanmırlar" - Bayden

320 12.11.2021 11:12 Dünya A A

"Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenə müasir dünyada demokratiyanın effektinə inanmadığını deyib, amma Amerika demokratiyası uğur qazana bilər".

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Co Bayden bunu Demokratlar partiyasının milli komitəsi üçün vəsaitin toplanması zamanı videomüraciətdə açıqlayıb.

ABŞ prezidenti yalnız Rusiya prezidentinin yox, ÇXR-iinin sədri Si Tszinpinin də belə düşündüyünü bildirib.
- Putin də, Si Tszinpin da mənə dedilər ki, onların fikrincə, XXI əsrdə demokratiyalar işləyə bilməz, çünki konsensusa gəlinməsi üçün həddindən çox vaxt tələb olunur; bax buna görə də avtokratiyalar qalib gələcək. Onlar amerika demokratiyasının uğur qazana bilib-bilməycəyi ilə maraqlanırlar. ABŞ-da demokratiya buna qadirdir və bunu etməlidir, ölkənin iqtisadiyyatı isə koronavirus pandemiyasından sonra artıq bərpa olunur”, - Bayden vurğulayıb (Azvision.az).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR