İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və ABŞ aviasiyalarının İŞİD-ə qarşı mübarizədə qarşılıqlı fəaliyyəti haqqında sənəd hazırlanır

1005 06.10.2015 17:57 Dünya A A

Rusiya və ABŞ hərbçiləri Suriyada İŞİD-ə qarşı mübarizədə aviasiyaların qarşılıqlı fəaliyəti haqqında sənəd hazırlayır.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib. “Təəssüf ki, amerikalılar hələlik bizim əməkdaşlığı pilotlarımızın missiya yerinə yetirərkən texniki məsələlər üzrə əməkdaşlığı səviyyəsində nəzərdə tutur. Amerikalılar bizə sənəd veriblər və biz bunun üzərində işləyirik. Bildirmək istəyirəm ki, Baş Qərargahda bu sənəd prinsipcə dəstəklənib. Biz bu məzmun üzərində işləyirik”, - deyə o, söyləyib.
 
Nazir müavini qeyd edib ki, bu sənəd həm İŞİD-ə qarşı koalisiya, həm də Rusiya Müdafiə Nazirliyi üçün faydalı olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR