İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üsyanın acısını Ukraynadan çıxardı - Silah və sursatlar belə məhv edildi (ANBAAN VİDEO)

1252 25.06.2023 17:29 Gündəm A A

Rusiyanın muzdlu ordusu olan Vaqnerin 1 günlük üsyanı dünən axşam razılaşma ilə sona çatarkən, rus ordusu sürətini azaltmadan Ukrayna savaşına qayıdıb.

Musavat.com xəbər verir ki, Rusiya hərbi təyyarələri Xarkovda Ukraynanın arsenalını partladıb.

Həmin anlar da kamera ilə lentə alınıb.

Görüntülərdə sursatların olduğu yerdə şiddətli partlayışın baş verdiyi və havaya tüstünün qalxdığı anlar var.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin arsenalının idarə olunan silahlarla vurulduğu bildirilib.

"Ukrayna silahlı qüvvələrinin mövqeləri, silah və sursatları tamamilə məhv edilib", - deyə məlumatda deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR