İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya qarşı əks-sanksiyalar tətbiq edib

461 01.11.2018 14:49 Dünya A A

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynaya qarşı əks-sanksiyalar haqqında sənədi imzalayıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, Ukraynanın 322 fiziki və 68 hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edilir. Onların Rusiya ərazisindəki hesabları və əmlak hüquqları dondurulur, eyni zamanda Rusiyadan vəsait çıxarılması qadağan edilir.

Sanksiya tətbiq edilmiş şəxslər arasında Ukraynanın Konstitusiya Məhkəməsinin hakimlərinin, Ali Rada deputatlarının, oliqarxların, Poroşenko administrasiyasının məmurlarının və başqalarının adları var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR