Rusiya Ukrayna müharibəsini yenidən başlayır?
Rusiya Donetskdə terrorçuları silahlandırmağa davam edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Avdeyevka rayonunda terrorçuların silahlandırılması prosesi davam etdirilir. Rusiya ərazisindən 10 mart tarixində 5 ayrı motoatıcı briqada Ukrayna sərhədini keçib. 15 ədəd T-72 tankı Donetskə gətirilib. 11 martda isə 8 ədəd BMP-2 hərbi texnikası gətirilib, 14 ədəd isə hərbi avtomobil terrorçulara təhvil verilib", - məlumatda qeyd edilir.






