İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsində üsünlük kimdədir? - “Canlı debat”da qızğın müzakirə

771 17.03.2022 13:50 Gündəm A A

“Son üç həftə ərzində Rusiyanın hücumu nəticəsində minlərlə ukraynalı həlak olub, 100-dən artıq uşaq həyatını itirib. Bütün bunlar müasir dünyada, Avropanın mərkəzində göz qarşısında baş verir”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Prezidentin sözərinə görə, ruslar üçün hərbçilərlə mülki şəxslərin heç bir fərqi yoxdur: “Onlar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla hər kəsi hədəf alırlar. Humanitar yardımların ərazilərə daxil olmasına, bizim vətəndaşlarımızı qorumağımıza imkan vermirlər. Mariupol şəhəri yerlə-yeksan edilib. Minlərlə adam ölür. Avropa ilə bizim aramızda divar var. Ona görə siz baş verənləri görmürsünüz. Divarın biz olan tərəfinə keçsəniz, dediklərimizi görəcəksiniz.”, - dövlət başçısı vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinin 22-ci günündə qüvvələr nisbəti nədən xəbər verir? Putin son açıqlamaları ilə kimlərə, hansı mesajı ötürür? İndiki mərhələdə kim daha güclü görünür?

Bu və digər sualları bu gün Prime TV-nin aparıcısı Aygün Muradxanlı və ekspert-jurnalist Vüsal Məmmədovla müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR