İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türkmənistanı OPEC+ anlaşmasına qoşulmağa çağırıb

503 03.10.2017 15:40 İqtisadiyyat A A

Rusiya Türkmənistanı OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmaya qoşulmağa çağırıb. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Türkmənistan həmkarlarımızı qaz ixrac edən ölkələr forumuna, həmçinin OPEC+ neft hasilatının azaldılması anlaşmasına qatılmağa dəvət etdik", - deyə A.Novak qeyd edib.

Türkmənistanın OPEC+ anlaşmasında nə cür iştirak edəcəyi ilə bağlı suala isə rusiyalı nazir "onlar müşahidəçi kimi iştirak etməyə hazırdırlar. Rəsmi olaraq isə anlaşmada iştirak etmək istəmirlər. Ancaq neft bazarının cari vəziyyətinin müzakirəsinə qatılmağa razıdırlar" deyib.

A.Novak əlavə edib ki, Türkmənistan neft hasil edərək ixrac etsə də, bu, böyük həcmdə deyil.

"Report" xəbər verir ki, hazırda Türkmənistanın gündəlik neft hasilatı təxminən 200 min barel/günə yaxındır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR