İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türkiyəyə yanğınsöndürən təyyarələr göndərib

1164 16.06.2020 16:00 Son xəbər A A

Rusiya meşə yanğınların söndürülməsi üçün Türkiyəyə amfibiya tipli iki təyyarə göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Birləşmiş Aviasiya İstehsalı Korporasiyası məlumat yayıb. Məlumatda qeyd olunub ki, meşə yanğınlarının söndürülməsi üçün nəzərdə tutulan iki ədəd “Be-200” təyyarəsi Türkiyəyə yola salınıb. Rusiya təyyarələri və heyət üzvləri dörd ay ərzində Antalya, İzmir və Bodrum ətrafında meşə yanğınlarının qarşısını almaq üçün növbətçilik çəkəcəklər.

“Be-200” təyyarələri ilə bağlı razılıq ötən ilin sentyabrında Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Rusiyanın Q.Beriyev adına Taqanroq Elmi-Texniki Aviasiya Kompleksinə səfəri zamanı əldə edilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR