Rusiya Türkiyəyə ixrac etdiyi qazı dayandıra bilər
Rusiyanın energetika şirkəti olan Gazprom Türkiyəyə verilən qazın dayandırıla biləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.
Agentliyə açıqlama verən şirkət rəsmisi Türkiyəyə edilən sərmaye çərçivəsində Türk Axını layihəsinin bir neçə illik dayandırılacağını bildirib.
Əvvəllər də Türkiyəyə ixrac edilən qazın dondurulacağı xəbərləri yayılsa da G-20 zirvəsində bu layihə müzakirə olunmuş və davam edilməsi qərarı alınmışdı.
Aygün SƏFƏRLİ
Musavat.com






