İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türkiyənin hava məkanının pozulmasına dair məlumatı təkzib edib

1739 31.01.2016 00:15 Dünya A A
Rusiyanın Müdafiə Nazirliyi “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını  pozmasına dair məlumatı təkzib edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.   
 
“Suriyadakı Rusiyaya məxsus təyyarələrin heç biri Türkiyənin hava məkanını pozmayıb.  Türkiyə tərəfinin ölkənin hava məkanının guya “SU-34” təyyarəsi tərəfindən pozması barədə bəyanatı təbliğatdan başqa bir şey deyil”, - deyə Konaşenkov bildirib.
 
Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin  Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR