İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: “Türkiyə ilə Suriya arasında silahlı münaqişəyə imkan vermərik”

2806 16.10.2019 01:25 Gündəm A A

“BBC”: Hazırda Suriya hökuməti ilə Türkiyə arasında əlaqə var

“BBC”-nin xəbərində deyilir ki, Rusiya Türkiyə ordusu ilə Suriyanın hökumət qüvvələri arasında savaşa yol verməyəcəyini bəyan edib.

"Bu, qəbuledilməzdir... və buna imkan verməyəcəyik", rəsmi Moskvanın Suriya üzrə xüsusi nümayəndəsi Alexander Lavrentyev belə deyib.

“BBC” xatırladır ki, Rusiyanın Müdafiə nazirliyinin 2015-ci ildən bəri Suriyaya yeridilən hərbi birləşmələri hazırda Suriya və Türkiyə hərbi qüvvələri arasındakı "təmas xətti" boyunca patrul xidməti həyata keçirir. Yəni, Rusiya Türkiyə ilə Suriyanın arasında dayanıb.

Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı cənab Lavrentyev Türkiyənin Suriyaya hücumunu "yolverilməz" adlandırıb.

Rəsmi Ankaranın Suriya sərhəddi boyunca 30 km-lik "təhlükəsiz zona" yaratmağa çalışır.  Cənab Lavrentyev bildirib ki, Rusiya kürdlərlə rəsmi Dəməşq arasında anlaşma əldə olunmasını təmin edib. Sövdələşməyə əsasən, Bəşər Əsədə bağlı hərbi birləşmələr kürdlərin nəzarətində olmuş əraziyə 2012-ci ildən bəri ilk dəfə yenidən daxil ola bilər. Bunun müqabilində isə Suriya hökuməti Türkiyə ordusunun irəliləməsinin qarşısını almalıdır.

Map showing control of north-east Syria on 14 October 2019

Cənab Lavrentev onu da vurğulayıb ki, hazırda Suriya hökuməti ilə Türkiyə arasında əlaqə var və bu, Suriyanın Türkiyə ilə silahlı qarşıdurmadan yan keçməsinə kömək edir.

“BBC” yazır ki, Suriyanın hökumət qüvvələri ölkənin şimalındakı Minbic şəhərinə daxil olub. Bu şəhər Türkiyə üçün də xüsusi önəm daşıyırdı. Türkiyə ordusu və ona bağlı yerli silahlı birləşmələr də Minbic şəhəri yaxınlığında toplaşıblar.

 

Elbəyi Həsənli, Sürix
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR