İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türkiyə ilə Ermənistanı barışdırmaq sözü verdi: səmimidirmi? Fazil Mustafa ilə CANLI

928 03.09.2021 11:55 Gündəm A A

Böyük Zəfərin ildönümünə Ermənistana qarşı böyük təzminat davası açəla bilər - məbləğ dəqiqləşir.

44 günlük Vətən müharibəsində Ermənistan üzərində tarixi qələbəmizin birinci ildönümü yaxınlaşır. Diplomatik-informasiya cəbhəsində isə müharibə bitməyib, davam edir. Çünki hərbi zəfərimizi geridönməz şəkildə hələ tam maddiləşdirməmişik. Ermənistanın “iribuynuzlu” havadarları mane olur...

Ermənistana qarşı açacağımız təzminat davası sözsüz ki, bu yöndə - təbliğat-informasiya sahəsində işimizə mühüm töhfə ola bilər. Çünki beynəlxalq məhkəmənin çıxaracağı hökmlə İrəvanın işğalçı siyasəti bir daha faş olacaq, status məsələsində dili daha da gödələcək, Azərbaycana qarşı təbliğatı və əsassız ərazi iddiası bir az da dişsiz hala gələcək. İşğal faktı, erməni vandalizmi mövzusu dünya gündəliyinə oturacaq. Həmçinin erməni lobbisi yağlı bir şapalaq alacaq. Demək, qardaş Türkiyəyə də bu qələbədən pay düşəcək.

Bəs təzminat davası ilə bağlı vəziyyət nə yerdədir? Gecikmirik ki? Daha bir sual: beynəlxalq məhkəmə xarici təzyiqlər altında (erməni lobbisi və s.) Ermənistana qarşı təzminat qərarı verməyə bilərmi?
Paşinyanın Xankəndinə getməməsi, “dqr”in “müstəqillik günü” tədbirinə nə özünün, nə də başqa Ermənistan rəhbərlərinin qatılmaması Azərbaycanın aktivinə yazılır. Bu, ölkəmizin hərbi-siyasi-diplomatik uğuru kimi qiymətləndirilir. Görünür, Rusiyanın, Türkiyənin son günlər Ermənistana yönəlik bəzi ilımlı bəyanatları, jestləri ortada ciddi anlaşmanın olmasından xəbər verir. Paşinyan və komandası, bütövlükdə Ermənistan hakimiyyəti bu anlaşmanı zədələməmək üçün Xankəndi səfərini həyata keçirmədilər. Bəs Ermənistanla anlaşmada nələr ola bilər? Xankəndi, Xocalı, Ağdərə masa yatırılmış olmasın..? Həmçinin Zəngəzur dəhlizi mövzusunda İrəvan isrardan əl götürür, proje həyata vəsiqə qazanır. Əvəzində Türkiyə Ermənistanla sərhədləri açır, siyasi-diplomatik əlaqələri bərpa edir. Nəzəri baxımdan bunlar mümkün görünür? Bəs reallıq payı nə qədərdir?

Azərbaycan Türkiyə (NATO) tipli ordu quruculuğuna keçidi sürətləndirir.
Azərbaycan və Türkiyə daha bir birgə hərbi təlimlərə start verib. İki qardaş ölkə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb. Ortaq təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.
Bəllidir ki, Azərbaycan Rusiya modelindən imtina edərək, Türkiyə (NATO) ordusu modelində ordu qurmaq kursu götürüb. Bu barədə Azərbaycan prezidenti də bəyan edib. Ortaq təlimləri bir hədəfi əskində həm də budur.
Bəs proses nə yerdədir, Azərbaycan Türkiyə tipli ordu quruculuğunu nə vaxt yekunlaşdıracaq?

Rusiya Türkiyə ilə Ermənistanı barışdıracaq? Moskva səmimidirmi...
“Rusiya Türkiyə və Ermənistanı arasında münasibətlərin normallaşmasına kömək eləməyə hazırdır”.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dünənki brifinqdə deyib. Zaxarova bu xüsusda 2009-cu ildə ABŞ və Rusiyanın da imza atdığı “Sürix protokollarını” da xatırladıb.
Sual yaranır: Moskva gerçəkdən də Ankara və İrəvan arasında münasibətlərin qaydaya düşməsində, bölgədə daimi və ədalətli sülhdə səmimi şəkildə maraqlıdırsa, nədən öz satellitindən beynəlxalq hüquqa sayğılı olmağı tələb eləmir? Axı ölkələr arasında siyasi-diplomatik münasibətlər onların bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımaqdan keçir. Ən əsası, Türkiyə və Ermənistanın barışması şimal qonşumuzun bölgə maraqlarına cavab verirmi? O halda Ermənistanda Rusiya hərbi bazalarına, Ermənistan sərhədlərini rusların qorumasına lüzum qalacamı?

Vüqar Səfərli istintaqda Əli Həsənov və Ramiz Mehdiyevə qarşı danışıb. Təfərrüat mediada gedib. Əli Həsənov və Ramiz Mehdiyev bu cinayət işi üzrə məhkəmədə dindiriləcəkmi?

Ermənistanda növbəti 3 aylıq hərbi təlim-məşq toplanışı elan edilib - məğlub ölkə nəyə hazırlaşır?
Ermənistan hökuməti ehtiyatda olan əsgərlər və zabitlərin növbəti qismi üçün 3 üç ay müddətində - 15 sentyabr - 15 dekabr 2021 -ci il tarixləri arasında təlim keçməsi haqqında fərman verib. Məlumata görə, “proses davamlı olacaq, önümüzdəki illərdə yeni hissələr və yeni ehtiyatçılar cəlb ediləcək”.
Yada salaq ki, avqustun 25 -də ehtiyatda olanların təlim-məşq toplanışının dörddə biri artıq başlayıb və noyabrın 25 -də başa çatacaq. Kapitulyant ölkə bu toplanışlarla nəyə hazırlaşır, gercəkdənmi özünə normal ordu qurmağı xəyal edir? Belə bir şey mümkünmü?

Bu və gündəmdəki digər mövzuları bu gün saat 11.45-də millət vəkili Fazil Mustafa ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:




Youtube səhifəsinin ünvanı:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR