"Rusiya Türkiyə ilə bağlı hesab xətası edir" - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Mərkəzi Vaşinqtonda yerləşən beyin mərkəzi "Brookinq" İnstitutunun mütəxəssisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ricard Kozlariç Rusiyanın Türkiyə ilə bağlı hesablamasında səhv etdiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Kozlariç "Rusiyanın Türkiyə bazarına ehtiyacından daha çox Türkiyənin rus qazına ehtiyacı var" fikrinin Rusiyanın yanlış hesablarından biri olduğunu vurğulayıb.
Türkiyənin təbii qazda 57 faiz Rusiyadan asılı olduğunu xatırladan Kauzlarich bununla belə Moskvanın daha çox çətinliyə düşə biləcəyini deyib:
"Əlbəttə Türkiyə üçün, yeni qaynaqlar tapmaq çətin ola bilər. Yaxın perspektivdə İran və ya Azərbaycanın da Türkiyəyə göndərdikləri qaz miqdarını artırmasını gözləmək olmaz. Ancaq Türkiyə yeni mayeləşdirilmiş qaz (LNG) qurğuları quraraq problemi nisbətən həll edə bilər. Türkiyənin ritorikasını bir təhdid kimi qəbul etməyib kifayət qədər ciddiyə almayan Rusiya hesablamasında səhvi edir. Bundan ən çox Rusiya itirə bilər".






