İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Trampın “əsrin sazişi”nə mövqeyini ortaya qoydu: "Beynəlxalq hüquqa ziddir"

1032 02.02.2020 21:37 Dünya A A

“Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim olunan “əsrin sazişi”nin bir sıra müddəaları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir”.

Musavat.com “RBK” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya dövlətinin rəsmi mövqeyini çatdıran, prezidentin mətbuat katibi Dmitri Peskovun bəyanatında belə bildirilir.

Onun sözlərinə görə, Fələstinin və ona həmrəy olan bır sıra ərəb dövlətlərinin reaksiyası ABŞ-ın planının həyat qabiliyyətli olmasını şübhə altına qoyur.

Xatırladaq ki, ABŞ prezidenti Donlad Tramp bu ilin yanvar ayının 28-də İsrail baş naziri Benyamin Netanyahu ilə birlikdə təşkil etdiyi konfransda Fələstin-İsrail münaqişəsinin həlli üçün planını açıqlayıb. “Əsrin sazişi” adlanan sənəd bölgədə iki dövlətin Fələstin və İsrailin yaradılmasını, lakin Qüdsün İsrailin paytaxtı olmasını nəzərdə tutur. Fələstinlilərə isə şəhərin cüzi bir hissəsində paytaxt “bəxş edilir”.

Bundan başqa planda XƏMƏS təşkilatının tərkisilah olunması və Qəzza sektorunun demilitirizasiyası kimi müddəalar yer alıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR