İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası yerləşdirib

620 04.10.2016 23:49 Dünya A A
Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası tədarük edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, kompleksin vəzifəsi Suriyanın liman şəhəri Tartusda olan hərbi-dəniz bazası və Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil zonasında yerləşən operativ birləşmələrinə məxsus gəmilərin hava hücumundan qorumaqdır.

Konaşenkov Suriyada S-300 kompleksinin yerləşdirilməsinin nə üçün Qərbdə çaxnaşma yaratdığının anlaşılmaz olduğunu əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR