Kremlin Fransadakı “sarı jiletlilər” hərəkatına sevgisini bilməyən yoxdur.
Putin rejimi Qərbi zəiflədə biləcək hər cür iğtişaş və etiraza bütün yönlərlə dəstək verməkdən çəkinmir.
Lakin görünür, bu sevginin də müəyyən hüdudu var. Belə olmasaydı, fransız sosioloqu Karin Kleman elmi konfransa iştirak etmək üçün gəldiyi Moskva şəhərindən elə hava limanındanca geri qaytaırlmazdı.
Fransanın “Le Monde” qəzetinin verdiyi məlumata görə, Paris universitetinin professoru özü bu informasiyanı təsdiqləyib.
Maraqlıdır ki, onu hava limanında Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları qarşılayıb və ona 10 il ərzində Rusiya ərazisinə daxil olmağa qadağan qoyulduğunu bildiriblər. Karin Keman üçün bu olduqca gözlənilməz olub. Çünki onun əri rusdur və qızı Rusiya vətəndaşıdır.
Fransanın prestijli təhsil ocaqlarından sayılan İctimai elmlər üzrə ali məktəb (EHESS) və Milli elmi-təhqiat mərkəzinin (CNRS) əməkdaşı olan sosioloq sabah Moskvada “Voznesenski mərkəzi”ndə “Dünyadakı etirazların sosiologiyası:insanları küçələr çıxmağa sövq edən səbəblər” mövzusunda çıxış etməli imiş.
Karin Kleman Fransanı Lotaringiya əyalətində “sarı jiletlilər” hərəkatının səbəbləri və fəaliyyəti haqqında təhqiqat aparırmış. Bundan başqa, Rusiyanın bölgələrində də ictimai etirazlar onun diqqət mərkəzində olub. Görünür, son araşdırma Kremldəkilərin xoşuna gəlməyib.
Qeyd olunur ki, bu Rusiyanın xarici alimlərə qarşı inamsızlığını ifadə edən ilk hadisə deyil. Məsələn, 2018-ci ilin avqustunda Stalin repressiyalarının araşdırılması sahəsində dünyaca tanınmış alim Nikola Vert də ölkəyə buraxılmamışdı.
2019-cu ilin avqustunda Rusiyanın Təhsil və Elm Nazirliyi əcnəbi elm adamlarıın gəlişi ilə bağlı sərt qaydalar gətirən direktiv qəbul edib. Sənədə əsasən ölkəninn ali məktəbləri və onları dəvət edən yerli alimlər bütün iştirakçılar haqqında əvvəlcədən məlumat verməli və tədbirin yekunlarına dair hesabat təqdim etməlidirlər.
Musavat.com






