İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya şirkətləri Qarabağa sərmayə yatırmağa hazırdır, Overçuk isə Azərbaycanı Aİİ-yə dəvət edir

720 16.12.2021 19:35 İqtisadiyyat A A

Rusiya biznesi Qarabağın bərpası üzrə layihələrə sərmayə yatırmağa hazırdır. Bu barədə cümə axşamı Rusiya-Azərbaycan iqtisadi münasibətlərinə həsr olunmuş konfransda baş nazirin müavini Şahin Mustafayev bildirib.

"Bu, Rusiyanın təklifləri üzrə 13 layihədən ibarət paketdir", deyən Mustafayev layihələrin təfərrüatını açıqlamayıb.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında əməkdaşlıq üzrə 7 yol xəritəsi var və onlar uğurla həyata keçirilir.

Öz növbəsində, ADA Universitetində keçirilən konfransda çıxış edən Rusiya baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, qlobal regional layihələrin həyata keçirilməsi üçün Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu alması faydalı olardı.//Turan.az

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR