Rusiya separatçılara yüzlərlə hərbi texnika göndərdi - Foto
Axar.az xəbər verir ki, bu barədə məlumatı özünün Feysbuk səhifəsində hərbi ekspert Dmitri Timçuk verib. Onun sözlərinə görə, rayona minimum 180-ə yaxın hərbi texnika gətirilib. Onların sırasında 70 tank, 100 BTR, BMP və Qrad var.
Timçuk bundan başqa rayona zirehli avtomobillərlə rus hərbiçilərinin gətirildiyini yazıb.
Rusiya, həmçinin son iki sutka ərzində Donbassa 40-a yaxın hərbi texnika göndərib.






