RUSİYA RADİOSU AZƏRBAYCANDAKI SEÇKİQABAĞI VƏZİYYƏTİ MÜZAKİRƏYƏ ÇIXARDI
“Əslində belə mövqe yaranır ki, Cənubi Qafqazda dominantlıq edən bu ölkə öz iqtisadi gücü ilə ayaqda durmağa qadirdir. Lakin daxili problemlər o qədər çoxdur ki, bu ayaqlar duruş gətirmir və problemlər istənilən vaxt kəskinləşə, dövlətin çöküşünə səbəb ola bilər. Gəlin müzakirə edək ki, bu gün Azərbaycanın Rusiya ilə münasibətlərində nə baş verir, bu münasibətlərdə dinamika necə dəyişir. Siz bununla razısınızmı ki, dinamika neqativdir? Belə təəssürat var ki, bu neqativ tendensiya Qəbələ RLS-in boşaldılmasından sonra daha da artıb. Bu belədirmi?”-deyə, Y.Baxrovskiyə müraciət edir.
Ekspertə görə isə münasibətlərin kəskin pisləşdiyini demək olmaz. Onun sözlərinə görə, Qəbələ RLS-in bağlanması, əlbəttə, xoşagəlməz məqamdır, hər şeydən əvvəl Rusiya üçün. Ancaq Azərbaycan üçün də eyni dərəcədə xoşagəlməz məqamdır. “Aydındır ki, stansiyanın icarə haqqının simvolik şəkildə qaldırılması iqtisadi xarakter daşımırdı. Azərbaycan, görünür, elə şərt irəli sürmək istəyirdi ki, Rusiya stansiyasının icarəsindən imtina etsin. Nəticədə Rusiya imtina etdi. İndi hər iki tərəf özünü o qədər də yaxşı hiss etmir”-deyə, o bildirib.
Proqramda İranın Azərbaycana təsir imkanlarından, habelə hakimiyyətin bu seçkilərdə namizədinin hələ də müəyyənləşməməsindən bəhs olunub. Y.Baxrevski “Gülərqeyt” qalmaqalı barədə də danışaraq xatırladıb ki, ötən ilin sentyabrından Azərbaycanın son bir neçə illik tarixində ən maraqlı proses başlayıb. Universitetlərdən birinin keçmiş rektoru internetdə hakimiyyət təmsilçiləri barədə kompromatlar yaymağa başlayıb: “Onun qardaşını 2000-ci illərin əvvəllərində oğurlayıblar. Elşad Abdullayev qardaşını axtarmağa çalışıb və başa düşüb ki, onu pulla geri qala bilər. Bundan sonra o apardığı söhbətləri videokameraya yazmağa başlayıb. Budur, aydın səmada çaxan ildırım kimi, o, YAP-dan olan deputat Gülər Əhmədovanın videoyazısını yayıb. Qalmaqal dərhal ”Gülərqeyt" adını alıb. Söhbətin məzmunu belədir ki, o, parlamentdə deputat yeri almaq istəyib, ancaq almayıb və verdiyi pulu geri qaytarmağa çalışıb. Başqa sözlə, sarsıdıcı korrupsiya qalmaqalıdır. Hər şey onunla yekunlaşdı ki, keçmiş deputat həbs olundu. İndi bütün hakim elita stress içindədir. Onlar bilmirlər ki, növbəti kompromat kimi vuracaq. Növbəti amil-Rusiyadır. Tərəflər Qəbələ RLS barədə anlaşma əldə etməyəndən və bir-birilərinə qarşı müəyyən kəskin hərəkətlər edəndən sonra Moskvada “Milyarderlər ittifaqı” adını alan təşkilat meydana çıxdı. Ora azərbaycanlı milyarderlər qoşulub, o cümlədən hakim ailənin qudası"-deyə, Baxrevski bildirib.
Rusiyalı ekspert daha sonra bildirib ki, İlham Əliyev hakimiyyətə gələndən sonra qısa müddət ərzində vəziyyətə nəzarəti ələ ala bildi. Ölkəyə daxil olan milyardlarla dollar neft gəliri sayəsində iqtisadiyyat inkişaf etdi, nəhəng tikintilər getdi: “Lakin varlılar və kasıblar arasında dəhşətli uçurum yarandı, bu da, məsələn, İsmayıllıda olduğu kim iğtişaşlara gətirib çıxarır. Yerli administrasiya rəisinin qardaşı kiminsə maşınını vurdu, sonra onu təhqir etdi və bu da böyük iğtişaşlara səbəb oldu. Əhali hakim klanın əmlakına hücum etdi, hoteli, avtomobilləri yandırdılar. İki gün ərzində təhlükəsizlik qüvvələri, daxili qoşunlar bu etirazları yatırmağa çalışdılar. Bütün ölkə boyu kortəbii etirazlar oldu, zəncirvari reaksiya başladı, xalq bildirdi ki, bu hakimiyyət insanları boğaza yığıb və özünü hər şeyin sahibi kimi aparır”. Ekspert əlavə edir ki, İsmayıllı hadisələri ilə Rusiyadakı “Milyarderlər ittifaqı”nın yaranması arasında əlaqə yox idi, çünki İsmayıllıdakı qiyam tamamilə kortəbii xarakter daşıyırdı.