İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya QARIŞDI: Krım rəhbərini partlatmaq istədilər, Şoyqudan TƏCİLİ Priqojin açıqlaması - CANLI

1572 03.07.2023 14:44 Gündəm A A

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.
O, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb. S.Şoyqu qeyd edib ki, qiyama cəhd uğursuz oldu:
“Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi”. Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.

Rusiya Federasiyasının xüsusi xidmət orqanları və dövlət qurumları öz funksiyalarını layiqincə yerinə yetirirlər.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun silahlı qiyam zamanı Kremlin Federal Təhlükəsizlik Xidmətinin işindən razı qalıb-qalmaması ilə bağlı suala cavabında bildirib.

Kremlin sözçüsü Krım rəhbəri Sergey Aksyonova sui-qəsd cəhdi ilə bağlı yayılan məlumatı da şərh edib. Bildirib ki, Krımın başçısı Aksyonov döyüşçüdür və sui-qəsd onu qorxuda bilməz.

TVMusavat-ın saat 15:00-da canlı efirində “Həftə içi” verilişində politoloq Vaqif Hüseynlə Rusiyada sui-qəsd, qiyam və diversiya hücumlarını müzakirə edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR