“Rusiya Qarabağa sülhməramlı göndərə bilməz, çünki...” - Ceyms Uorlik
Ermənistan nəşri “Joxovurd” ABŞ-ın Ermənistandakı səfiri Rçard Millzə bir neçə sualla müraciət edib. Onların arasında Rusiyanın Dağlıq Qarabağda təkbaşına sülhməramlı qüvvə yeridəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirmək xahişi də var.
Musavat.com-un məlumatına görə, suala səfir deyil, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik cavab verib və faktiki, bunun mümkünsüz olduğunu bildirib.
“ABŞ-ın mövqeyi bundan ibarətdir ki, həmsədr və qonşu ölkələr sülhməramlı qüvvələrin tərkibinə daxil edilə bilməz. Bizim anlamımızda bu məsələdə tərəflər yekdlidir və bu mövzu artıq müzakirə edilib”, - deyə diplomat vurğulayıb.
Musavat.com






