“Rusiya Qarabağ məsələsində gizli diplomatiyaya əsaslanır” – rusiyalı politoloq
“Rusiya Dağlıq Qarabağ məsələsində bacardığını edir. Moskva Qarabağ münaqişəsi məsələsində hazırda gizli diplomatiyaya köklənib”. Musavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı hərbi və siyasi analitik Aleksandr Qolts erməni KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, gizli danışıqlar yolu ilə Rusiya münaqişənin müəyyən həllinə nail olmaq, yaxud heç olmasa, status-kvonu uzatmaq istəyir. “Əgər müharibə başlasa, bu, münaqişə zonasında Rusiya diplomatiyasının tam uğursuzluğu demək olacaq” – deyib analitik.
Ekspert əmindir ki, Kreml öz siyasətində Ermənistana və Azərbaycana münasibətdə bütün resurslardan istifadə edir ki, müharibə olmasın.
Musavat.com






