İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya prezidenti: "Türkiyə ilə münasibətlərimiz kobudcasına məhv edilir"

2216 27.11.2015 02:10 Region A A
"Suriyada Rusiya təyyarəsi vurulduqdan sonra Rəcəb Tayyip Ərdoğan vəzifəsindən getməlidir ya yox, bu Rusiyanın işi deyil. Lakin təəəssüflər olsun ki, görünməmiş səviyyədə olan münasibətlər cox kobudcasına məhv edilir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
"Ərdoğanın vəzifədən gedib-getməməsi tamamailə bizə aid olan məsələ deyil, bu Türkiyə xalqına aid olan məsələdir. Biz heç vaxt buna qarışmamışıq, bundan sonra da qarışmağa hazırlaşmırıq. Türkiyə ilə son 10 ildə dövlətlərarası münasibətlər görünməmiş səviyyəyə qalxmışdı. Biz Türkiyəni sadəcə qonşu deyil, dost ölkə, az qala müttəfiq hesab edirdik.  Çox təəssüflər olsun ki, bu münasibətlər kobudcasına məhv edilir", deyə Vladimir Putin Ərdoğanın "Türkiyənin İŞİD-dən neft aldığı sübut olunsa, prezident vəzifəmdən getməyə hazıram" bəyanatını şərh edərkən söyləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR