İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya prezidenti: “Avropanın uzaqgörən olmayan siyasəti enerji sektorunda böhran yaradıb”

306 03.06.2022 23:52 Dünya A A

Avropa ölkələrinin uzaqgörən olmayan siyasəti enerji sektorunda böhrana səbəb olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya” telekanalına müsahibəsində bildirib.

"İkinci səbəb Avropa ölkələrinin, ilk növbədə Avropa Komissiyasının enerji sahəsində uzaqgörən olmayan siyasətidir. Biz orada baş verənləri görürük. Şəxsən mən hesab edirəm ki, ABŞ və Avropada bir çox siyasi qüvvə planet sakinlərinin vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar təbii narahatlığı ilə bağlı spekulyasiyalar aparmağa başlayıblar, bu yaşıl gündəmi, o cümlədən enerji sektorunda irəli çəkməyə başlayıblar", - deyə Rusiya prezidenti vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR