İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Pravoslav kilsəsi zorakılığa qarşı çıxan Belarus kilsəsinin rəhbərini vəzifədən götürdü

497 26.08.2020 17:07 Dünya A A

Rusiya Pravoslav kilsəsinin müqəddəs sinodu(Məclis-red.) Belarusa yeni ekzarx (rəhbər) təyin edib.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu Borisov və Marinqorsk yepiskopu Veniamindir. Adı çəkilən ruhani Minsk və Zaslavsk mitropoliti Paveli əvəz edib.

Bununla bağlı Rusiya kilsəsinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Vladimir Leqoyda jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, mitropolit Pavel bundan sonra Kuban mitropoliyasında xidmət göstərəcək. Həmin mitropoliyanın əvvəlki rəhbəri İsidor bu ilin avqustunda koronavirusdan vəfat edib.

Lakin mətbuat bu əvəzləmənin arxasında başqa səbəblərin durduğunu iddia edib.

Belə ki, Belarus pravoslav kilsəsinin əvvəlki mitropoliti Pavel bu ilin avqustun 9-da keçirilən seçkilərdən sonra öncə Aleksandr Lukaşenkonu qələbə münasibətilə təbrik edib. Lakin daha sonra belaruslu ruhani həmvətənlərini sülh və əmin-amanlığa, onları vətənlərini qorumağa çağıran bir müraciət ünvanlayıb. Bir müddət keçdikdən sonra yerli pravoslav kilsəsinin başçısı prezident Aleksandr Lukaşenkonu ölkədə zorakılğı dayandırmağı tələb edib. Belaruslu ruhani etiraz nümayişləri zamanı xüsusi təyinatlı milislərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən olduqca təsirləndiyini dilə gətirib.

Görünür, mitropolitin siyasətə bu dərəcədə aludə olması nə rəsmi Minskin, nə də Moskvadakıların xoşuna gəlməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR