İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Pol Uilanı Mariya Butina ilə dəyişdirməkdən imtina etdi

518 11.01.2019 19:42 Dünya A A

Rusiya bu yaxınlarda casusluq ittihamı ilə həbs edilən amerikalı vətəndaş Pol Uilanı Birləşmiş Ştatlarda eyni ittihamlarla tutulan Mariya Butina ilə dəyişdirməyəcək.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər  edir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik ümumiyyətlə hazırkı anda casus mübadiləsinin mümkün olmadığını, Uilanı isə məhkəmə gözlədiyini bildirib. Amerikalı casus olduğu iddia edilən xarici vətəndaşa qarşı Rusiya Cinayət Məcəlləsinin 276 (Casusluq) maddəsi ilə cinayət işi qaldırılıb. Uilan hazırda Lefortvo təcridxanasında saxlanılır və onu 20 il həbs gözləyə bilər.

Yanvarın 9-da isə prezidentin mətbuat katibi Dmitri Peskov Moskvanın heç bir zaman diplomatik oyunda piyadalardan istifadə etməyəcəyi bəyanatını verib.

Qeyd olunur ki, Pol Nikolas Uilan 2018-ci ilin dekabrın 28-də həbs olunub. Mətbuatın verdiyi inforamsiyalara əsasən P.Uilan 2008-ci ildə oğurluq  etməsi ucbatından ABŞ dəniz piyadaalrı korpusundan qovulub.

Mariya Butina isə 2018-ci ilin iyulunda Vaşinqtonda saxlanılıb. ABŞ hüquq-mühafizə orqanları onu xarici ölkə lehinə fəaliyyət göstərməklə olduğu ölkəyə qarşı sui-qəsd törətməkdə günahlandırılır. Kreml bu ittihamlardan boyun qaçırır. Rusiya XİN isə qadın casusun hətta işgəncələrə məruz qaldığını iddia edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR